Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.10.2021 12:23
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağı Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı davam etdirir

Mərkəzi Nəbatat Bağı Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı davam etdirir

AMEA-nın Mərkəzi Nəbabatat Bağı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında  aparılan birgə tədqiqat işləri davam edir.

Tədqiqat işləri Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, a.e.ü.f.d. Sevil Abbasquliyeva, a.e.ü.f.d. Əbdürəhman Adıgözəlov, böyük elmi işçi Aytən Qədimova tərəfindən aparılır. 

Tədqiqat obyekti kimi dərman, texniki və balverən bitkilər olan gülxətmi (Alcea L.), bədrənc (Melissa L.), sığırquyruğu (Verbascum L.) cinslərinə daxil olan növlər götürülüb. İnstitutun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə tədqiq olunan növlərin biokimyəvi tərkibi öyrənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: