Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.10.2021 15:01
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Monomerlər, oliqomelər və kataliz şöbəsinin müdiri, kimya elmləri doktoru, professor Minavər İbrahimova və institutun elmi katibi vəzifəsini icra edən, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva Belarusun paytaxtı Minsk şəhərində ezamiyyətdə olublar.

Səfər müddətində NKPİ-nin əməkdaşları Belarus Dövlət Texnologiya Universitetinin dəvətilə bu müəssisənin Polimer kompozisiya materialları və Neft-qaz emalı və neft kimyası kafedralarında olub, III və IV kurs tələbələrinə “İon mayelərinin polimer kimyası və neft fraksiyalarının təmizlənməsində tətbiqi” mövzusunda mühazirə oxuyublar.

Həmçinin Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilən “Alternativ xammal və yanacaq mənbələri” (АИСТ-2021) adlı VIII beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.

Konfransda Ziyarət Paşayevanın “İon mayeləri polimetakrilatların sintezi üçün yeni reaksiya mühiti” mövzusunda məruzəsi dinlənilib və şifahi çıxışlar arasında 1-ci dərəcəli diploma layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: