Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix Muzeyinin əməkdaşlarının həmmüəllifi olduqları məqalə beynəlxalq jurnalda dərc edilib
20.10.2021 14:38
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşlarının həmmüəllifi olduqları məqalə beynəlxalq jurnalda dərc edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, dosent Tural Şiriyevin və Etnoqrafiya elmi fond şöbəsinin böyük elmi işçisi Sevinc Nəsirovanın həmmüəllif olduqları “XIX əsrdə Azərbaycanda şiə müsəlmanların bəzi dini ənənələrinə dair” (“About Some Religious Customs of Shii Muslims in Azerbaijan in the 19th Century”) adlı elmi məqalə Türkiyənin Sakarya Universitetinin ERIHPLUS indeksli “Akademik İncelemeler” beynəlxalq jurnalında dərc olunub.

Bildirilib ki, məqalədə elmi ədəbiyyat, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində qorunan XIX əsrə aid bəzi dini məzmunlu materiallar - ələm, kəşkül, şərbətxor, namazılıq və s. əsasında Azərbaycan xalqının məişət mədəniyyətində islam dininin rolu araşdırılıb.

Qeyd edək ki, məqalədə muzeyin Etnoqrafiya və Sənədli mənbələr fondlarının materiallarından istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: