Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2021 17:28
  • A-
  • A
  • A+

MEK-də kitabxanaçılar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb

MEK-də kitabxanaçılar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən əlavə peşə təhsili (ixtisasartırma) təlimləri başa çatıb.

Kitabxanaçıların peşəkar fəaliyyətinin artırılması məqsədilə təşkil olunan təlimlər iki həftə müddətinə davam edib.

Təlimin yekununda, MEK-in baş direktoru, professor Məmməd Əliyev elmi tədqiqat institutlarının əməkdaşları ilə görüşüb. Görüşdə Mərkəzi Elmi Kitabxananın İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədindən, müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıların ətraflı şəkildə məlumatlandırılmasından, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri biliklərin artırılmasından, kitabxana-informasiya xidmətinin təşkilindən, forma və xüsusiyyətlərini onlara aşılamaqdan söhbət açılıb.

Qeyd edək ki, kitabxanaçılar təlimləri İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində keçiblər. Şöbənin elektron kitabxana xidmətləri, elmmetrik tədqiqatlar, antiplagiat və DOİ xidmətləri sektorları haqqında məlumatlanıblar. Həmçinin iştirakçılar MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, eləcə də Repraqrafiya şöbələri, Qarabağ müharibəsi qəhrəmanları, Şərqşünaslıq, eyni zamanda Nadir və qiymətli nəşrlər fondları ilə də yaxından tanış olub, iş fəaliyyətini mənimsəyiblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub və MEK tərəfindən böyük şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elmi redaktoru, professor Məmməd Əliyev və tərtibçi-müəllifi Səyyarə Məmmədova olan “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: