Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr edilən kitab çapdan çıxıb
25.10.2021 14:26
  • A-
  • A
  • A+

Akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr edilən kitab çapdan çıxıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən Dövlət mükafatı və H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, akademik Ələşrəf Məmmədovun 90 illik yubileyi münasibəti ilə alimin həyatına və elmi fəaliyyətinə həsr olunmuş xatirə kitabı çapdan çıxıb.

Baş redaktoru Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminovun, tərtibçiləri şöbə  müdirləri – c.ü.f.d. Rəfail Abdullayevin və c.e.d. Yelena Tağıyevanın, eləcə də elmi işçi Əliyar Əliyevin tərtib etdikləri kitabda akademik Ə.Məmmədovun çoxsaylı elmi əsərlərindən bəhs edilir, geologiya və coğrafiya elmləri sahəsindəki elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti haqqında məlumatlar verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: