Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.10.2021 12:18
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Qars müqaviləsinin 100-cü ildönümü ilə bağlı çıxış edib

Əlyazmalar İnstitutunun alimi Qars müqaviləsinin 100-cü ildönümü ilə bağlı çıxış edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov “BİLGESAM” Strateji Araşdırmalar Mərkəzinin Qars müqaviləsinin 100-cü ildönümünə həsr etdiyi növbəti onlayn panelə qatılıb.

Alim “Qars müqaviləsindən sonra Azərbaycan – Türkiyə ədəbi əlaqələri” mövzusunda məruzə edərək bu ölkələrin bir-birilə daha da yaxınlaşmasında həmin müqavilənin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O qeyd edib ki, XX əsrdən başlayaraq azərbaycanlıların dünya ədəbiyyatı ilə tanış olmasında məhz türk ədəbiyyatının, Türkiyədən gələn kitabların böyük rolu olub.

Paşa Kərimov, həmçinin Birinci Dünya müharibəsi zamanı Türkiyə və Azərbaycan əhalisinin qardaşlaşmasına səbəb olan amillərdən bəhs edib, o cümlədən türkiyəli əsirlərə azərbaycanlı ziyalıların qayğı göstərməsi məsələsinə toxunarkən Nəriman Nərimanovun fəaliyyətini xüsusilə vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: