Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2021 12:23
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimi Yunanıstanda konfransda iştirak edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimi Yunanıstanda konfransda iştirak edib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi Şahniyar Bayramov RoxyCOST proqramının birinci illik konfransında iştirak edib. 

Yunanıstanın Haniya şəhərində yerləşən Aralıq dənizi Aqronomiya Tədqiqatları İnstitutunda hibrid formada keçirilən konfransda iştirakçı institutların alimləri yığımdan sonra saxlanılan, yetişən və yetişməkdə olan tomat və alma meyvələrinin hipoksiya şəraitində inkişaf dinamikasını aydınlaşdırmaq üçün müasir fizioloji, genomiks və metabolomiks səviyyəsində aparılan tədqiqatların nəticələrini təqdim ediblər.

Şahniyar Bayramov konfrans zamanı edilən çıxışlar ətrafında və həmçinin işçi qruplarında aparılan müzakirələrdə aktiv iştirak edib. O, gələcək tədqiqatların planlaşdırılması və yeni elmi əməkdaşlığın yaradılması üçün alimlərlə fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: