Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2021 15:52
  • A-
  • A
  • A+

Geoloq alimlər Xəzərdə və sahilyanı zonada qeydə alınan palçıq vulkanlarında tədqiqatlar aparırlar

Geoloq alimlər Xəzərdə və sahilyanı zonada qeydə alınan palçıq vulkanlarında tədqiqatlar aparırlar

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və böyük laborant Aygün Bayramova Xəzər dənizində və sahilə yaxın yerləşən palçıq vulkanlarında tədqiqatlar aparırlar.

Araşdırmaların məqsədi institutun doktorantı Aygün Bayramovanın dissertasiya işi ilə bağlı Xəzərdə yerləşən Xərə-Zirə, Zənbil və Qarasu, eyni zamanda sahilyanı zonada qeydə alınan Hamamdağ, Bəndovan və Bahar kimi aktiv fəaliyyətdə olan palçıq vulkanlarının yer səthinə və atmosferə xaric etdikləri məhsulları (palçıq, su, neft və qaz) geoloji, mineraloji və geokimyəvi baxımdan tədqiq etmək, həmçinin vulkanların daxilində baş verən prosesləri, xüsusilə flüid-süxurun qarşılıqlı əlaqəsini müqayisəli şəkildə araşdırmaqdır.

GGİ əməkdaşlarının sözügedən vulkan sahələrindən gotürdükləri nümunələr üzərində analitik tədqiqatlar Avstriyanın Graz Texnologiya Universitetində həyata keçiriləcək. Gənc doktorantın həmin müəssisəyə ezam olunması da planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: