Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2021 17:22
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasını bitirən məzunlara diplomlar təqdim olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasını bitirən məzunlara diplomlar təqdim olunub

Oktyabrın 28-də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistratura səviyyəsini bitirən məzunlara diplomlar təqdim olunub.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev sabiq magistrantlar və onların rəhbərləri ilə görüş keçirib. Akademik bildirib ki, 2021-ci ildə altı ixtisaslaşma üzrə 10 nəfər magistratura təhsil proqramını başa vurub və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçiblər. Onlardan 8 nəfər fərqlənmə diplomuna layiq görülüb. Qeyd olunub ki, magistrantların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlar yarımştat vahidi ilə böyük laborant kimi işə qəbul olunublar. Hazırda onlardan 8-i müəssisənin laboratoriyalarında elmi-tədqiqat işləri aparırlar. Akademik laboratoriya rəhbərlərinə onların kiçik elmi işçi vəzifəsinə keçirilməsi barədə göstəriş verib.

İnstitutun daim gənc kadrlara geniş imkanlar açdığını deyən akademik Dilqəm Tağıyev sabiq magistrlərə doktorantura təhsili almağı, dünya elminə inteqrasiya etməyi, müasir dövrdə elmi biliklərə yiyələnmək üçün xarici dilləri yaxşı mənimsəməyi tövsiyə edib.

Sonda akademik 2021-ci ildə institutun magistraturasını bitirən tələbələrə diplomlarını təqdim edib və xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: