Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.11.2021 09:21
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransda Qars müqaviləsindən danışıb

Azərbaycanlı alim beynəlxalq konfransda Qars müqaviləsindən danışıb

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Ankarada Qars müqaviləsinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib.

Tədbir Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfi, Diplomatiya Vəqfi, eləcə də Türkiyə-Azərbaycan Elm, Təhsil, Sənət və İş adamları Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstandan diplomatlar, millət vəkilləri, alimlər və tədqiqatçılar iştirak ediblər.

“Qars müqaviləsinin ratifikasiyasına dair” mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstan arxiv materialları əsasında hazırladığı faktları təqdim edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: