Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, institutun əməkdaşları f.-r.e.ü.f.d. Nərgiz Səfərova, f.-r.e.ü.f.d. Qəmər Məmmədova, BDU-nun Mexanika-Riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, fakültənin əməkadşı, f.-r.e.ü.f.d. Elvin Əzizbəyov “SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology” layihəsi çərçivəsində keçirilən vebinarda iştirak ediblər.
Tədbirdə Almaniyanın İlmenau Texnologiya Universitetinin professoru Carsten Trunk plenar məruzə ilə çıxış edib.
Vurğulanıb ki, SOMPATY layihəsinin məqsədi Azərbaycan, Belarus, Çex Respublikası, Almaniya, Qazaxıstan, Ukrayna və Özbəkistanın universitetləri və elmi-tədqiqat müəssisələri arasında kadr mübadiləsi, birgə tədqiqat və təlim işlərinin aparılmasıdır. Bu layihə Avropa ilə Müstəqil Dövlətlər Birliyi arasında tədqiqat əlaqələrinin daha da inkişaf etdirilməsinə yönəlib.
Diqqətə çatdırılıb ki, layihədə iştirak edən müəssisələr spektral optimallaşdırma və nano texnologiya, həyat elmləri və kvant mexanikasında tətbiqetmə mövzusunda güclü bir araşdırma mərkəzinə sahibdirlər.
Daha sonra iclasda bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, SOMPATY layihəsi çərçivəsində 2020-2024-ci illərdə dörd layihə tədbiri (ildə bir dəfə) təyin olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.