Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə 19-20 dekabr 2024-cü il tarixində akademik Soltan Mehdiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Monomerlər və neft kimyasının müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunun bir daha işıqlandırılması, bu sahədə son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsidir.
Tədbirin elmi proqramında “Monomerlər kimyası və neft-kimya sintezi”, “Alitsiklik karbohidrogenlər və onların funksional törəmələri”, “Monomerlərin alınmasında katalizatorlar və onların tətbiqi”, “Alitsiklik və aromatik oksigenli birləşmələr və texnoloji proseslər” və “Üzvi sintez və neft kimyasının ekoloji problemləri” bölmələr üzrə plenar, şifahi və stend məruzələri dinlənilib.
Təşkilat komitəsinə ümumilikdə 121 materiallar daxil olub. Konfransı giriş sözü ilə NKPİ-nin baş direktoru, akademik Vaqif Abbasov açıb. O, görkəmli alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra kimya üzrə fəlsəfə doktoru Arzu Cəlilova “Akademik Soltan Cəfər oğlu Mehdiyevin Azərbaycanda neft kimyasının inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə AMEA-nın vitse prezidenti Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə konfransa gəlmiş nümayəndələr çıxış edərək, görkəmli alim haqqında öz xatirələrini bölüşüblər. Sonda alimin ailəsi adından çıxış edən oğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra konfransda plenar məruzələr dinlənilib.
İki gün ərzində konfransın bölmələrində şifahi və stend məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.