İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, müəssisənin Fövqəladə hallarda idarəetmə laboratoriyasının əməkdaşları - riyaziyyat üzrə fəlsəfə doktoru Ramin Zeynalov və Lamiyə Nəcəfova “Mürəkkəb sistemlərin kompüter modelləşdirilməsi və optimallaşdırılması” mövzusunda VII beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.
Sözügedən beynəlxalq konfransın Proqram komitəsinin üzvü olan Ə.Sadıqov tədbirdə “Çevik-təşkilati idarəetmədə modifikasiya olunmuş dinamik proqramlaşdırmanın tətbiqi” mövzusunda plenar məruzə edib.
Qeyd edək ki, noyabrın 3-də başlayan konfransa bu gün yekun vurulacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.