Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2021 14:10
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər Azərbaycanın su, dağ və meşə ekosistemlərini qiymətləndiriblər

Coğrafiyaçı alimlər Azərbaycanın su, dağ və meşə ekosistemlərini qiymətləndiriblər

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, c.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov “Qafqaz” Regional Ekoloji Mərkəz tərəfindən Qəbələ şəhərində “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” çərçivəsində keçirilən tədbirə qatılıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də AMEA-nın aidiyyatı üzrə elmi institutlarının iştirakçıları olduqları görüşdə Azərbaycanın su, dağ və meşə ekosistemlərinin qiymətləndirilməsi hesabatları dinlənilib, boşluqların aradan qaldırılması üzrə təkliflər müzakirə edilib.

Mövzu ətrafında fikir bildirən M.İsmayılov bildirib ki, su ekosistemlərin hesabatında dağ buzlaqları da qiymətləndirilməli, çayların ekoloji koridor kimi rolu və əhəmiyyəti əsaslandırılmalı, dağ ekosistemlərində yay otlaqlarının yüklənmə dərəcəsi və həssaslıq göstəriciləri təbii vilayətlər üzrə qiymətləndirilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: