Nərgiz Qəhrəmanova AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli iclasında qəbul olunub.
Qeyd edək ki, 6 ildən çoxdur AMEA-nın www.science.az veb-portalının istismarı ilə məşğul olan N.Qəhrəmanovanın akademiyanın və bütövlükdə respublikanın elmi-ictimai həyatında baş verən yeniliklər - müxtəlif seminar, elmi və elmi-texniki konfranslar, yubileylər, nəşrlər, görüşlər və s. haqqında məlumatların əldə edilərək operativ işıqlandırılmasında böyük rolu olmuşdur. Bir çox respublika və beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.