Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.11.2021 17:30
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir

Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən, Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri  davam edir.

Belə ki, bağın 3 hektar ərazisinin kol-kos və qurumuş ağaclardan təmizlənməsi işləri sürətlə davam edir. Mərkəzi Nəbatat Bağının intensiv inkişafı ilə əlaqədar olaraq təcrübə sahələrində suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisilə əvəzlənir. Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılır.

Qurumuş və bir-birinin içinə keçmiş budaqların kəsilməsi, eyni zamanda ağac tacının içərisinə işığın asanlıqla girməsini təmin etmək məqsədilə kənardan gətirilən texnika vasitəsilə ağaclar formaya salınır.

Həmçinin AMEA rəhbərliyinin tapşırığı əsasında həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı bağın ərazisində suvarma sisteminin səmərəli təşkili məqsədi ilə yeni su borularının çəkilməsi prosesi artıq başa çatdırılıb.

Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi sözügedən müəssisənin direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev tərəfindən daim nəzarətdə saxlanılır. Yenidənqurma işləri çərçivəsində ekskursiyaya açıq sahələrin yolboyu hissələrində beton döşəmə plitələrinin salınması prosesi davam edir. Eyni zamanda bağın ekskursiya sahələrinin işıqlandırma sisteminin quraşdırılması prosesi həyata keçirilir, naqillər salınır və işlərin son mərhələsində işıq dirəkləri quraşdırılır.

Bağın abadlıq-quruculuq işlərinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər bağın estetik görünüşünün daha da yaxşılaşdırılmasına imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: