Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Sayalı Sadıqovanın “Azərbaycan dilçiliyi simalarda” kitabı çapdan çıxıb
01.12.2021 14:35
  • A-
  • A
  • A+

Professor Sayalı Sadıqovanın “Azərbaycan dilçiliyi simalarda” kitabı çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Azərbaycan dilçiliyi simalarda” kitabı işıq üzü görüb.  

Professorlar Qəzənfər Kazımov və Adil Babayevin redaktorluğu ilə nəşr olunan əsərdə dilçiliyin aktual problemləri ilə bağlı araşdırmalar aparan 217 alimin həyat və yaradıcılığı öz əksini tapıb. Vəsaitdə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər dilçilik elmini inkişaf etdirən ziyalıların, mühüm dilçilik problemlərini tədqiq edən, dilçilik məktəbi yaradan, dilin tarixini, qədim abidələrini, tarixi qaynaqlarını tədqiq edib üzə çıxarılmasında, beynəlxalq səviyyədə tanınmasında və nüfuz qazanmasında, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin tədqiqində mühüm rolu olan Azərbaycan alimlərinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir. Azərbaycanda dilçilik elmini inkişaf etdirən, tədqiqat aparan alimlərin həyat və yaradıcılığının əsas mərhələləri təhlil edilərək onların yaradıcılığının əsas istiqamətləri müəyyənləşdirilir.

Kitab Ön söz, giriş, “XIX-XX əsrin əvvəllərində Azərbaycan dilçiləri”, “XX-XXI əsrlərdə Azərbaycan dilçiləri” bölmələrindən ibarətdir. Kitabın rəyçiləri professorlar İsmayıl Məmmədli və İsmayıl Kazımovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: