Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.12.2021 12:34
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları Rusiyada ezamiyyətdə olublar

Botanika İnstitutunun əməkdaşları Rusiyada ezamiyyətdə olublar

AMEA-nın Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent Şəkər Muxtarova və doktorant Aytən Xanbutayeva Rusiya Federasiyasının Rostov şəhərində yerləşən Rusiya Azov - Qaradəniz filialının okeanoqrafiya və balıqçılıq Elmi Tədqiqat İnstitutunda ezamiyyətdə olublar.

Səfərin məqsədi Xəzər dənizinin sahil ekosistemində toplanılan makrofit nümunələrinin təyini olub.

İnstitut əməkdaşları tərəfindən Azərbaycandan aparılan 20 nümunənin tədqiqi zamanı Xəzər dənizi üçün yeni növlər (Cladophora flexuosa, Cladophora liniformis, Ulva maeotica) aşkar olunub ki, Astara rayonu Xəzər sahilboyu makrofitobentosun tərkibi əsasən yaşıl (Chlorophyta), qırmızı (Rhodophyta) və qonur (Phaeophyta) yosunlardan təşkil olunub.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin prioritet mövzularından biri kimi elan etdiyi və Xəzər dənizinin sahil ekosistemində həlledici rol oynayan orqanizmlərdən makrofitobentosların müxtəlif kompleks tədqiqat metodlarının tətbiqi ilə öyrənilməsi müasir dövrdə Botanika İnstitutu üçün yeni əməkdaşlıq istiqamətləri açacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: