Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2021 16:14
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, onun elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs edib. AMEA-nın inkişafı istiqamətində Ulu Öndərin misilsiz xidmətlərinə və əvəzsiz roluna toxunan O.Qasımov Ümummilli Liderin “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq” sözlərini xatırladıb.

Daha sonra çıxış edən Biofizika İnstitutunun YAP Ərazi partiya təşkilatının sədri, müəssisənin baş meneceri, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürəhimov dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, məhz Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi uzaqgörən siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bötövlüyü bərpa edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: