Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2021 17:07
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Neft və Qaz İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Neft və Qaz İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institutun baş mühəndisi Ehtibar Əliyev giriş sözü ilə açaraq qeyd edib ki, müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin vəfatından 18 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir: “Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbər heç zaman unudula bilməz”.

Sonra çıxış edən institutun Həmkarlar təşkilatının sədri Nuhbaba Şıxıyev Heydər Əliyevin Azərbaycan üçün gördüyü tarixi işlərdən və xalqın Ulu Öndərə olan sevgisindən danışıb.

Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri, t.e.ü.f.d. Bünyad Kazımov isə Ümummilli Lider Heydər Əliyevlə bağlı təqdimatını nümayiş etdirib. Vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub və onun Azərbaycanın dövlətçiliyi tarixində rolu əvəzedilməzdir. O, təqdimatını Ümummilli Lider haqqında yazdığı şeirlə tamamlayıb.

Sonda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: