Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.12.2021 10:14
  • A-
  • A
  • A+

Türkiyənin Üsküdar Universitetinin alimləri Dilçilik İnstitutunda olublar

Türkiyənin Üsküdar Universitetinin alimləri Dilçilik İnstitutunda olublar

Türkiyənin İstanbul şəhərində yerləşən Üsküdar Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Reyman Cəfəri və beynəlxalq əlaqələr üzrə mütəxəssisi Dilbər Əliyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli qonaqlarla görüşdə səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini vurğulayıb. O  bildirib ki, birgə əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması,  konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və doktorant  mübadiləsi və digər məsələlər nəzərdə tutulub.

Sonra Dilçilik İnstitutunun Eksperimental fonetik araşdırmalar laboratoriyasının müdiri  dosent Nəzakət Qaziyeva bildirib ki, laboratoriyada Azərbaycan dilinin fonetik quruluşu  və fonoloji sistemi  eksperimental yolla araşdırılır. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı fərqlər, fonetikanın başqa elmlərlə əlaqəsi öyrənilir.

Yığıncaqda, həmçinin gələcəkdə Üsküdar Universitetindəki Fonetika laboratoriyası ilə qarşılıqlı əməkdaşlıq da müzakirə edilib.

Qeyd edək ki, görüşdə Dilçilik İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs, dosent Təranə Şükürlü də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: