Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.12.2021 12:22
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya institutunun birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və ekologiya” mövzusunda vebinar keçirilib

Kataliz və Qeyri-üzvi Kimya institutunun birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və ekologiya” mövzusunda vebinar keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və ekologiya” mövzusunda vebinar təşkil olunub.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vebinar Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev Heydər Əliyevin ekoloji siyasətinə dair ilk sənəd - Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının ekoloji konsepsiyası barədə məlumat verib. O, konsepsiyada yer alan və respublikamızda ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplərdən bəhs edib.

Daha sonra söz tədbirin qonaq məruzəçisi Almaniyanın “Helmholtz Munich” elmi-tədqiqat mərkəzinin əməkdaşı Dr. Gülçin Abbaszadəyə verilib. G.Abbaszadə çıxışının əvvəlində Almaniyada çalışdığı mərkəz haqqında məlumat verib, daha sonra qlobal davamlılıq, iqlim dəyişikliyi, plastik tullantılar mövzusu ətrafında çıxış edib. Məruzəçi ekoloji problemləri və həmin problemlərin səbəb ola biləcəyi fəlakətləri xüsusi vurğulayıb, hər bir kəsin bu mövzuya həssas yanaşmalı olduğunu və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli olduğunu bildirib.

Qeyd edək ki, AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Kimya İnstitutlarının və ölkənin müxtəlif elm-təhsil ocaqlarından gənc alim, tədqiqatçı, tələbə və hətta məktəbli həmvətənlərimizin iştirakı ilə keçirilən tədbir Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: