Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2021 10:24
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları layihə çərçivəsində Qarabağ bölgəsində səfərdə olublar

Coğrafiya İnstitutunun əməkdaşları layihə çərçivəsində Qarabağ bölgəsində səfərdə olublar

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin mütəxəssisi Anar Abtalıbov və doktorant Türkan Məmişova “IDEA” ictimai birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə həyata keçirilən “Gənclərin işğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun qiymətləndirilməsi” layihəsi çərçivəsində işçi qrupunun tərkibində işğaldan azad edilmiş Qarabağ zonasında səfərlərdə olublar.

Layihədə iştirak etmək üçün 300-dən artıq müraciət edən gənc sırasından seçilmiş 60 nəfərlik işçi qrupunun üzvləri Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Xocavənd rayonlarında, Hadrut qəsəbəsi və Şuşa şəhərində geoloji     quruluş, biomüxtəliflik, meşə ehtiyatı, torpaqların deqradasiyası, çay suyunun və  kimyəvi tərkibinin müəyyən edilməsi, ərazinin radiasiya fonunun ölçülməsi, geodezik məntəqələrin müəyyən edilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərində yaxından iştirak ediblər.

Layihə çərçivəsində gənclər Qarabağda ağacəkmə aksiyasında iştirak edib, həmçinin məhv olunmuş tarixi-mədəni abidələrin siyahıya alınmasını icra ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: