Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2021 17:08
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının kompüter şəbəkəsinin AzScienceNet-in infrastrukturuna qoşulması ilə bağlı işlər aparılır

Şamaxı Astrofizika Rəsədxanasının kompüter şəbəkəsinin AzScienceNet-in infrastrukturuna qoşulması ilə bağlı işlər aparılır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və rəhbər müavini Tural Mustafayev  8-10 dekabr 2021-ci tarixlərində AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) ezamiyyətdə olublar. Onlar ezamiyyət müddətində ŞAR-ın kompüter şəbəkəsi və avadanlıqlarında monitorinq işləri aparıblar.

Ezamiyyət müddətində ŞAR-ın və Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialının səlahiyyətli şəxsləri ilə görüş keçirilib, müzakirələr əsnasında bir sıra məsələlərə aydınlıq gətirilib. Bildirilib ki, planlaşdırılan işlər rəsədxananın daxili şəbəkə infrastrukturunun və İnternet xidmətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində ŞAR-da Cloud computing, Cloud storage və s. xidmətlərdən istifadəyə imkan verəcək. Bundan əlavə Stenford Universitetinin Elektronika Mühəndisliyi fakultəsinin layihəsi olan Effektlərin Müşahidəsi və Modelləşdirilməsi üçün Atmosfer Havası Təhsil Sistemi tətbiqi ilə bağlı “Stanford VLF Data” avadanlığından generasiya olunan məlumatların onalyn rejimdə emal edilməsi, saxlanılması və arxivləşdirilməsi mümkün olacaqdır.

Daha sonra ŞAR-ın ümumi işlər üzrə direktor müavini İbrahim Hüseynov, elmi katib, astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov, baş mühəndis İsmayılov Abbas, baş mütəxəssis Şükürov Mənami ilə görüşlər keçirilib, həmçinin rəsədxananın müvafiq binalarının yüksəksürətli fiber-optik əlaqə kanalı ilə təmin edilməsi, bu qurumun, xüsusilə Teleskop - Zeiss-2000 reflektorunun yerləşdiyi binanın daxili şəbəkə infrastrukturunun yaxşılaşdırılması məqsədilə bütün binalarda beynəlxalq şəbəkə standartlarının tələblərinə uyğun tədbirlərin görülməsi, bir sıra avadanlıqların alınması və Wi-Fi şəbəkəsinin yenidən qurulmasının zəruri olduğu vurğulanıb.

Bildirilib ki, həyata keçirilməsi nəzərdə tutulan bu tədbirlər ŞAR-ın Bakı şəhər bölməsi ilə Şamaxı bölməsi arasında birbaşa əlaqənin yaradılmasına, əməkdaşların biri-biriləri ilə və beynəlxalq elmi ictimaiyyət ilə rahat və yüksəksürətli məlumat mübadiləsi aparmalarına da imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: