Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.12.2021 15:24
  • A-
  • A
  • A+

Sabahın tədqiqatçıları diploma layiq görülüb

Sabahın tədqiqatçıları diploma layiq görülüb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan Bölməsi tərəfindən uğurla davam edən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində dörd məktəbli Rusiyanın «Престиж» Beynəlxalq Təhsil Portalının təşkil etdiyi “Uşaqların tədqiqat və elmi işləri, layihələr” nominasiyası üzrə beynəlxalq yaradıcılıq müsabiqəsində iki layihə ilə iştirak ediblər.

Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Məmmədova və 3 saylı tam orta məktəbin X sinif şagirdi Fərid Cabbarovun hazırladıqları 16 səhifəlik “Naxçıvan Muxtar Respublikasının yeraltı sularının diaqnostik göstəriciləri” layihəsi, Naxçıvan şəhər 7 saylı tam orta məktəbin X sinif şagirdi Türkan Zülfüqarlı və 14 saylı tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərlinin təqdim etdikləri 10 səhifəlik “Bizim diyarın yeraltı sularının möcüzəsi” layihələri müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.

Məlumat üçün qeyd edək ki, bu nailiyyət məktəblilərin 2021-2022-ci tədris ili üzrə qazandığı sayca ikinci uğurdur. Məktəblilərdən Fərid Cabbarov və Ramiz Səfərlinin hazırladığı “Mineral suların insan orqanizminə təsiri” adlı növbəti layihə isə Bakıda keçiriləcək “Sabahın alimləri” XI respublika müsabiqəsinə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: