Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm” nəşriyyatının direktoru Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb
27.12.2021 16:58
  • A-
  • A
  • A+

“Elm” nəşriyyatının direktoru Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb

AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif olunub.

Mükafatı Səbuhi Qəhrəmanova mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib.

Qeyd edək ki, xatirə nişanı Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: