Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.01.2022 14:19
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb. “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant və II kursda təhsil alan 6 magistrant imtahanlara buraxılıb.

Bu gün “Genomiks”, “Tibbi biotexnologiya” və “Prokariotların molekulyar biotexnologiyası” ixtisas kursları üzrə imtahanlar keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova imtahanların gedişatı ilə tanış olub və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: