AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda imtahan sessiyası davam edir.
11 yanvar 2022-ci il tarixində II kursda təhsil alan magistrantlar “Molekulyar biologiya” ixtisası üzrə Molekulyar fitopatologiya, “Biokimya” ixtisası üzrə Stresin biokimyası, “Biotexnologiya” ixtisası üzrə Bitkilərin hüceyrə mühəndisliyi fənləri üzrə imtahan veriblər.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova imtahanların başlanmasında iştirak edərək magistrantlara uğurlar arzulayıb. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, f.ü.f.d. Qafil Dəmirov imtahanların gedişatı ilə tanış olub.
İmtahanlar müvəffəqiyyətlə başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.