Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2022 14:50
  • A-
  • A
  • A+

“Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda seminar keçirilib

“Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Şuşa ili”nə həsr olunan “Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda seminar keçirilib.

Tədbiri f.e.d. Füzuli Qurbanov açaraq məruzə üçün sözü Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadəyə verib.

İ.Məmmədzadə Şuşa Bəyannaməsi ilə bağlı çıxış edərək bunun siyasi və fəlsəfi aspektlərinə, beynəlxalq aləmin bu məsələyə yanaşmasına toxunaraq 3+3 anlayışının siyasi faydalılığının gələcək perspektivlərini qeyd edib. Həmçinin regionda qurulan yeni münasibətlərdən, Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq bölgədə yaranan yeni reallıqları təhlil edib. “Gedən bu proseslərdə bir alim kimi yaranmış yeni reallıqları fəlsəfi və sosioloji nöqteyi nəzərdən diqqətdə saxlamalıyıq”,- deyə İlham Məmmədzadə bildirib.

Açılan kommunikasiyaların bizləri sülhə doğru istiqamətləndirdiyini, bunun da Cənubi Qafqazda yeni mədəniyyətin formalaşmasına xidmət etdiyini, Şuşa Bəyannaməsinin gələcək beynəlxalq münasibətlərdə bir açar rolunu oynadığını deyən professor, bəyannamənin gələcəyə aparan yol olduğunu vurğulayıb.

Sonra çıxış edən f.e.d. Füzuli Qurbanov Şuşa Bəyannaməsinin tarixi və fəlsəfi əhəmiyyətindən danışaraq bunun tarixi, siyasi və geosiyasi məna kəsb etdiyini bildirib.

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli çıxışını “Şuşa Bəyannaməsinə necə gəldik?” sualı ətrafında quraraq tarixi nöqteyi nəzərdən təhlil edib.

Sonra i.ü.f.d., Əhməd Qəşəmoğlu, f.e.d., professor Arif Bünyatov, f.e.d., professor Rəna Mirzəzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə və digər çıxışçılar mövzu ətrafında geniş və əhatəli çıxış edərk fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: