Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 10:38
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış edən Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.

Sonra institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva çıxışında bildirib ki, 20 Yanvar Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və qüdrətli dövlət qura bilmək və yaşatmaq potensialını və haqqını ortaya qoyub. O vurğulayıb ki, ümumxalq hüzn günü kimi elan olunan 20 Yanvar hadisəsi həm də ümumxalq qürur günüdür, bu gün Azərbaycan xalqının tarixində şərəfli bir səhifə olaraq qalacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: