Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi və YAP 2 saylı ərazi partiya təşkilatı “COP29 və Azərbaycanın iqlim liderliyi: regional və qlobal arenada Azərbaycanın uğur hekayəsi” mövzusunda dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, cəmiyyətimizin ilhamverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının, onun yerlərdəki qurumlarının ölkənin siyasi, iqtisadi və mədəni həyatına aid verilən qərar və sərəncamların mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Bu baxımdan, o, AMEA-nın Gəncə Bölməsinin 2 saylı ərazi partiya təşkilatının rəhbərliyinin yenilənməsi ilə öz fəallığını artırdığını təqdirəlayiq hal kimi qiymətləndirərək, bugünkü tədbirin də bunun təzahürü olduğuna diqqət çəkib. Cənab Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”ndə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un dünya ölkələrinin liderlərinin iştirakı ilə ölkəmizin paytaxtında keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirərək, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzunun daha işıqlı gələcəyimizin rəhni olduğunu bildirib və bugünkü dəyirmi masanın mövzularının da məhz bu məsələləri əhatə etməsini xahiş edib.
AMEA-nın Gəncə Bölməsi elmi işlər üzrə sədr müavini k.ü.f.d., Sara Əzizova “COP29: Azərbaycanın “yaşıl iqtisadiyyat”a uğurlu keçidi”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, t.ü.f.d., dosent Nərgiz Rəsulova “COP29-da Azərbaycanın uğurlu ev sahibliyi: Regional və qlobal əməkdaşlıqda yeni səhifə”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, fil.ü.f.d., Əlimuxtar Muxtarov “Dünya liderlərinin COP29-da iştirakı: Beynəlxalq əməkdaşlıq və Azərbaycanla birgə addımlar”, AR ETN-nin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Azərbaycanın COP29-da təqdim etdiyi iqlim həlləri: Bərpa olunan enerji və dayanıqlı inkişaf”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri t.ü.f.d. dosent, Samirə Qasımova “COP29-un nəticələri: Azərbaycanın regional iqlim liderliyi və beynəlxalq təşəbbüsləri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Azərbaycanın iqlim diplomatiyasındakı yeni əməkdaşlıq şəbəkələri”, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “COP29-da Azərbaycan gənclərinin rolu və iqlim maarifləndirməsi strategiyaları” və YAP Gəncə Şəhər Təşkilatı 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli “Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı: Azərbaycanın iqlim gündəliyi və qlobal mesajlar” mövzuları üzrə çıxış ediblər.
Mövzular ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.