Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2025 14:28
  • A-
  • A
  • A+

Ulu Öndәr Heydәr Әliyevin anadan olmasının 102-ci il dönümü ilә әlaqәdar tədbir keçirilib

Ulu Öndәr Heydәr Әliyevin anadan olmasının 102-ci il dönümü ilә әlaqәdar tədbir keçirilib

Mayın 2-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YAP Yasamal rayon Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndәr Heydәr Әliyevin anadan olmasının 102-ci il dönümü ilә әlaqәdar tədbir keçirilib.

Tədbiri açıq elan edən Fəlsəfə və Sosiologiya İnstitutu YAP ərazi partiya təşkilatının sədri, f.ü.f.d., dosent moderator Şölət Zeynalov sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor “Heydər Əliyev və Azərbaycan dövlətçiliyinin təməl əsasları” mövzusundakı çıxışında müasir müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxasının Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu deyib. Ulu Öndərin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərinə toxunan professor görkəmli dövlət xadimi hələ sovet hakimiyyəti illərində xalqımızı Azərbaycanın gələcək müstəqilliyinin qorunmasında Azərbaycan xalqının, dövlət müstəqilliyimizin xilaskarına çevrilib, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaradıb və onu həyata keçirmək üçün güclü dövlət siyasəti formalaşdırdığını vurğulayıb.

İlham Məmmədzadə qeyd edib ki, tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində son dərəcə böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə bir tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin yarıməsrlik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı, fəaliyyəti və zəngin irsi ilə bağlıdır.

Tədbirdə f.e.d. Füzuli Qurbanov “Prezident İlham Əliyevin siyasi liderlik təcrübəsi”, Fəlsəfə və Sosiologiya İnstitutu YAP ərazi partiya təşkilatının sədri, f.ü.f.d., dosent Şölət Zeynalov “İlham Əliyevin xarici siyasətində dialoq ideyaları”, s.e.d., dosent Ramilə Dadaşova “Heydər Əliyev: Qafqazda sülh və təhlükəsizlik problemləri” mövzusunda çıxış ediblər.

Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, siyasi elmlər doktoru Adil Mirabdullayev, f.ü.f.d, Məhəmməd Cəbrayılov, f.ü.f.d, Əli İbrahimov və digər çıxışçılar mövzu ilə bağlı çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: