AMEA-nın İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, i.e.d., professor Nazim İmanov Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə və qan yaddaşımıza əbədi həkk olunduğunu bildirib.
Tədbirdə i.e.d., professorlar Rəna Sultanova, İsa Alıyev, Tərbiz Əliyev, i.f.d., dosentlər Cəlil Quliyev, Allahyar Muradov, Mahir Zeynalov və başqaları 20 Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın milli azadlıq hərəkatından danışıblar, dövlət müstəqilliyimizin əldə olunmasını, qorunmasını və möhkəmləndirilməsini böyük tarixi nailiyyətimiz kimi qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.