Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 15:42
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım günü tədbiri keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım günü tədbiri keçirilib

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım günü tədbiri keçirilib.

Öncə tədbir iştirakçıları Qanlı Yanvar faciəsi qurbanlarının və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Faciənin 32-ci ildönümünə həsr olunmuş anım tədbirini giriş sözü ilə açan muzeyin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan xalqının igid oğul və qızlarının 1990-cı ilin 20 Yanvar gecəsi göstərdiyi şücaətdən, əliyalın əhalinin tank tırtılları altında əzilsə də, qanı və canı bahasına öz müqəddəratını özü həll etmək hüququnu müdafiə etməsindən, sovet hərb maşınının vətəndaşlarımıza qarşı törətdiyi qanlı cinayətdən danışıb. G.Babaxanlı qeyd edib ki, məhz ona görə də bu gün Azərbaycan xalqının tarixinə təkcə hüzn günü kimi deyil, həm də qəhrəmanlıq, şərəf salnaməsi kimi yazılıb. O xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımıza qarşı törədilən bu ağır cinayəti pisləyib və sovet rəhbərliyinə öz kəskin etirazını bildirib, baş verən qanlı hadisələri “bəşəriyyətə qarşı törədilmiş ağır cinayət” kimi qiymətləndirib.

Daha sonra muzey əməkdaşları sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terroru qınayaraq 1990-cı il 20 Yanvar tarixinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə və sərhədlərimizin bütövlüyü naminə mücadilə rəmzi olduğunu vurğulayıb, azadlıq carçıları olan 20 Yanvar şəhidlərinin şücaətini vətənpərvərlik nümunəsi kimi müasir Azərbaycan gəncliyi qarşısında da təbliğ etməyin vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçıları muzeyin Elmi ekspozisiya şöbəsinin hazırladığı 20 Yanvar hadisələrini əks etdirən foto, sənəd və kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: