Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

25.01.2022 16:46
  • A-
  • A
  • A+

Vətən müharibəsinin qaziləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər

Vətən müharibəsinin qaziləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər

Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzində müxtəlif peşə kursu keçən bir qrup Vətən müharibəsi qazisi və digər sağlamlıq imkanları məhdud gənclər AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın təşkilatçılığı dəvət olunmuş qonaqlar muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” sərgisi və H.Z.Tağıyevin xatirə muzeyi ilə tanış olublar. Sonda Vətən müharibəsinin qaziləri öz təəssüratlarını muzeyin rəy kitabına qeyd ediblər.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək məqsədilə muzeyə belə ekskursiyaların davamlı şəkildə təşkil ediləcəyi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: