Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.12.2024 10:07
  • A-
  • A
  • A+

Tarix Muzeyində interaktiv və ustad dərsləri keçirilib

Tarix Muzeyində interaktiv və ustad dərsləri keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Bakı haqqında mühazirələr” layihəsi çərçivəsində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv və ustad dərsləri keçirilib.

İki hissədən ibarət olan dərsin birinci hissəsində iştirakçılara Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında ekskursiya aparılıb. Sonra muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev muzeyinin arxitekturası və H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra iştirakçılar üçün intellektual oyun təşkil olunub. Ustad dərsində isə iştirakçılar küp formalı gips fiqurunun rənglənməsi qaydasını öyrəniblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: