1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin ən şərəfli səhifələrindən biridir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət milli özünüdərk, azadlıq və müstəqillik ideallarını xalqımıza aşılamaqla, Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoyub.
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası “28 May - Müstəqillik Günü” adlı virtual sərgi hazırlayıb. Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunub.
Virtual sərgidə bu əlamətdar gün və ADR-in fəaliyyəti ilə bağlı imzalanmış mühüm sənədlər, kitablar, monoqrafiyalar və dövri mətbuat nümunələri yer alıb. Sərgidə nümayiş olunan nəşrlər arasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100: biblioqrafiya”, “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili”, “Cümhuriyyət xilaskarları - əmanət məzarlar”, “Azərbaycan Xalq Cümhuriyyəti - Osmanlı münasibətləri (Osmanlı mənbələri əsasında)” və başqa qiymətli əsərlər vardır.
Virtual sərgi ilə buradan tanış olmaq olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.