Rusiyanın Omsk vilayətinin ən yaxşı ümumtəhsil müəssisələrindən biri olan Omsk şəhər 149 nömrəli Liseyində AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı “Pis uşaqlar planeti” (rus. Планета Плохих Детей) pyesi əsasında eyniadlı tamaşa hazırlanır. Tamaşa məktəbin nəzdində fəaliyyət göstərən “Lisedei” Teatr Studiyasında səhnələşdirilir.
Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri, rus dili və ədəbiyyat müəlliməsi Lyudmila Şaraşovadır. Lisey şagirdlərinin ifasında hazırlan səhnə əsərinin premyerası dekabrın 26-da məktəbin akt zalında keçiriləcək. Tamaşanın uşaq teatr festivallarında da nümayiş etdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Pis uşaqlar planeti” pyesi bu il Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında, həmçinin Sankt-Peterburqun Nevski rayon 707 nömrəli orta məktəbində də səhnələşdirilərək uşaqlara təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.