Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

10.12.2024 09:32
  • A-
  • A
  • A+

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi keçirilib

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi keçirilib

Böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində, uşaqlarda düzgün nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə ədibin ev muzeyində məktəblilər arasında “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda ənənəvi bədii qiraət müsabiqəsi keçirilib.

Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqənin builki iştirakçıları Xətai Rayonu 221 №li orta məktəb ilə Nərimanov rayon 47 №li orta məktəbin 8, 9-cu sinif şagirdləri olub. Şagirdlər Hüseyn Cavidin “Qadın”, “Vətən”, “Bir zamanlar”, “Sevinmə gülmə, quzum” və s. şeirlərini səsləndirdilər, “İblis” əsərində İblislə Arifin dialoqundan İblis  səhnəciyi ilə çıxış ediblər.

Məktəblilər arasından ilk üç yerin qaliblərinə diplom, tədbirdə iştiraklarına görə təşəkkürnamə təqdim edildi. Hüseyn Cavidin müxtəlif əsərləri, “Cavid hikməti: seçmə aforizmlər”, Mişkinaz Cavidin “Cavidi xatırlarkən” əsərləri hədiyyə edilib.

Sonda Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı məktəblilərə Hüseyn Cavid yaradıclığına göstərdikləri sevgiyə görə öz təşəkkürünü bildirib. Müsabiqənin sonunda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: