Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.01.2022 17:00
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə dezinfeksiya işləri aparılıb

Seysmoloji Mərkəzdə dezinfeksiya işləri aparılıb

Yanvarın 28-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, müəssisə işçilərinin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. RSXM-nin əməkdaşlarının çalışdığı iş otaqları, eləcə də laboratoriyalar dezinfeksiya olunub.

Qeyd edək ki, mərkəzin İnformasiya şöbəsi tərəfindən əməkdaşlar arasında mütəmadi olaraq, dünyada və ölkəmizdə pandemiyanın hazırkı səviyyəsi, virusun insan sağlamlığına və həyatına yaratdığı təhlükə, ciddi karantin rejiminin qayda və tələblərinə əməl olunması ilə bağlı maarifləndirmə işləri aparılır.

Mərkəzdə bütün iş otaqları maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: