Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.02.2022 14:02
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Baxram Qayıpov və səfirliyin üçüncü katibi Otabek Ramazanov ilə görüş keçirilib.

İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov qonaqları salamlayıb.

Səfirliyin birinci katibi Baxram Qayıpov və üçüncü katib Otabek Ramazanov Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin inkişafından, bu əlaqələrə təkan verən elmi araşdırmaların önəmindən danışıblar. Baxram Qayıpov Teymurilər dövlətinin banisi Əmir Teymurun Azərbaycanla bağlı izlərinin üzə çıxarılmasına dair fikirlərini söyləyib.

Sonra institutun icraçı direktoru, t.ü.f.d. Zaur Həsənov Azərbaycan-Özbəkistan mədəni və elmi əlaqələrinin inkişafının vacibliyindən söz açıb.

Daha sonra Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, t.e.d. Güllü Yoloğlu Novruz bayramı ilə bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda keçiriləcək “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrans haqqında məlumat verib.

Tədbirin sonunda baş direktor Abbas Seyidov institutun gələcək fəaliyyətində Azərbaycanla Özbəkistan arasında gözlənilən mümkün elmi istiqamətlərdən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: