Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2022 10:34
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi.

İclası institutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Sonra AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfransın və “Şuşa 270: Arxeologiyası, tarixi, etnoqrafiyası və antropologiyası” adlı respublika elmi konfransının materiallarının toplanması və çap olunması qərara  alınıb.

Daha sonra Dövlət proqramına əsasən abidələrin qeydiyyatı ilə əlaqədar arxeoloqların bölgələrə ezam olunması müzakirə olunub. Bildirilib ki, qeydiyyat işləri abidələrin dövrü, GPS koordinatları, beynəlxalq və yerli əhəmiyyətli olması qeyd olunmaqla aparılmalıdır.

Qeyd edilən mövzular ətrafında Elmi şuranın üzvləri professorlar Əsədulla Cəfərov, Hidayət Cəfərov, Şirin Bünyadova, Arif Məmmədov, Əliağa Məmmədli, t.ü.e.d Güllü Məmmədli, icraçı direktor, t.ü.f.d Zaur Həsənov, t.ü.f.d Səfər Aşurov, t.ü.f.d Pirağa İsmayılzadə, t.ü.f.d Təvəkkül Əliyev, t.ü.f.d Qəhrəman Ağayev və elmi katib Akif Quliyev çıxış ediblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: