Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2022 17:06
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Biofizika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

AMEA-nın Biofizika İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Xocalı soyqırımının Azərbaycan tarixinə və xalqımızın qan yaddaşına əbədi  həkk olunduğunu vurğulayıb.

Sonra institutun Sənədlərlə iş şöbəsinin müdiri, Qadınlar Şurasının sədri Əsmər Məmmədova məruzə ilə çıxış edərək Xocalıda erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı cinayətlərdən, Xocalı qətliamının təfərrüatlarından danışıb.

Daha sonra Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov çıxış edərək Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb və bu faciə haqqında gənc nəslin davamlı maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: