Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.03.2022 16:04
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun dəstək verdiyi layihə “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibi olub

Aşqarlar Kimyası İnstitutunun dəstək verdiyi layihə “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibi olub

Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin şagirdi Rəsul Həsənlinin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Taleh Musayevin kimya fənni üzrə hazırladıqları innovativ layihə “Sabahın alimləri” XI respublika müsabiqəsində III yerin qalibi olub.

Kimya fənnindən müsabiqəyə qatılan şagirdlər “Sağlam həyat üçün, sağlam düşüncə” və “Müxtəlif xəstəliklə qarşı yeni nəsil inhibitorların yaradılması” mövzusunda təqdimat ediblər.

Qeyd edək ki, adıçəkilən məktəblilər ötən il Türkiyənin İzmir şəhərində keçirilən BUCA İMSEEF Beynəlxalq Elm olimpiadasında ölkəmizə bürünc medal qazandırıblar.

Qeyd edək ki, layihə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin elmi məsləhətçisi olduğu və dəstək verdiyi layihə institutun Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: