Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.03.2022 16:40
  • A-
  • A
  • A+

MEK-də akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb

MEK-də akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb.

Ümumilikdə 581 ədəd müxtəlif adda daxil olan nəşrlər sırasında “Nizami Gəncəvi İli”nə aid ədəbiyyatlar, jurnallar, monoqrafiyalar, salnamələr, albomlar, lüğətlər, soyqırımı haqqında kitablar, biblioqrafiyalar, alimin öz kitabları və onun haqqında yazılmış kitablar, Ərəstü Həbibbəylinin kitabları, bədii əsərlər, “Molla Nəsrəddin” jurnalı yer alır.

“Quba aprel-may 1918-ci il müsəlman qırğınları sənədlərdə” (Solmaz Rüstəmova-Tohidi), “Qarabağ: “Eçmiədzin”in məxfi qrifi altında” (Rövşən Novruzoğlu), “Ramiz Əskər, Biblioqrafik məlumat kitabı”, “Vandalizm: tarixi adlara qarşı soyqırımı”, “Rus və erməni mənbələri işığında erməni problemi. Meydana çıxma prosesi. 1678 – 1914” (Seyit Sertçelik), “Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı – 100. Dəyirmi masa””, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. IV Beynəlxalq elmi konfransın materialları”, “Ənənəvi söyləyicilik sənəti” (Atəş Əhmədli) və digərləri yer alan nəşrlər sırasındadır və həmin kitabların bir qismi artıq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası elmi dünya miqyasında tanıdan alimlərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlərin qorunduğu “Kolleksiyalar” fondunda mühafizə olunacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və digər alimlərin şəxsi kitab kolleksiyaları saxlanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: