AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirdə AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər” monoqrafiyasının Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim edilməsi haqqında məsələ müzakirə olunub.
Professor Tofiq Hüseynov kitab haqqında məlumat verib. Dosent Yaşar Məmmədov, professor Müşfiq Atakişiyev uzun illər demoqrafiya sahəsində tədqiqatlar aparmış Şahbaz Muradovun kitabını dəyərli əsər kimi qiymətləndiriblər, tarixi və elmi əhəmiyyətini vurğulayıblar. Müzakirələrdən sonra kitabın Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması barədə qərar qəbul edilib.
Elmi Şuranın qərarı ilə institutun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri professor Təbriz Əliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının bərpası” monoqrafiyası isə çapa tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.