Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.03.2022 12:52
  • A-
  • A
  • A+

NKPİ-də 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında “Perspektivli layihələr”adlı müsabiqə elan olunub

NKPİ-də 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında “Perspektivli layihələr”adlı  müsabiqə elan olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesleri İnstitutunun (NKPİ) baş direktoru, akademik Vaqif Abbasov institutun gənc əməkdaşları ilə görüşüb.

Görüşdə akademik gənclərin müraciətlərini dinləyib, onların akademik fəaliyyətləri ilə yaxından tanış olub. Gənclərin dilə gətirdikləri məsələlər müzakirə olunaraq öz həllini tapıb. İclasda akademik Vaqif Abbasov gələcəyin alimlərinə öz təcrübələrindən yola çıxaraq tövsiyələrini verib, onları bu çətin, amma şərəfli elm yolunda daha da təşəbbüskar, əzmli olmağa çağırıb.

İclasda, həmçinin 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında institutdaxili “Perspektivli layihələr” müsabiqəsi elan olunub. İnstitutun baş direktoru, akademik Vaqif Abbasov qeyd edib ki, qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə komissiyası yaradılıb və müsabiqə qaydaları təsdiqlənəcəkdir. Belə ki, müsabiqədə gənc alimlər qrup şəklində və fərdi olaraq iştirak edə bilərlər. Müsabiqənin əsas məqsədi xüsusi tədqiqatçı istedadına malik gəncləri üzə çıxararaq həvəsləndirməkdən, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır.

Sonda akademik Vaqif Abbasov bildirib ki, ən yaxşı layihəyə institutun büdcədən kənar vəsaiti hesabına 5000 manat mükafat veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: