Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.06.2024 10:40
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi 6 aylıq hesabat verib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi 6 aylıq hesabat verib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbirə AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə onlayn qoşulub.

İclasa sədrlik edən mərkəzin direktoru Mehman Əliyev giriş nitqində bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsini təmin etmək məqsədilə 21 may 2024-cü il tarixli sərəncam imzalayıb.

Qeyd edib ki, AR Prezidentinin Fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərlə bağlı ölkə başçısının 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, eləcə də “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı haqqında”  və   “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən mərkəzdə 30-a yaxın konfrans və elmi seminarlar təşkil edilib.

Sonra mərkəzin elmi katibi Cəmil Quliyev 6 aylıq hesabat məruzəsi ilə çıxış edib. O, iclas iştirakçılarının nəzərinə çatdırıb ki, hazırda mərkəzdə 2 istiqamət, 3 problem, 8 mövzu, 10 iş üzrə elmi-tədqiqat işi aparılır. Cari ildə mərkəz əməkdaşlarının kütləvi informasiya vasitələrində (KİV) mütəmadi elmi çıxışları təşkil edilir.

Çay və subtropik bitkilər şöbəsi üzrə Aqil Həsənovun 1 tezisi, Xalıqverdi Babayevin 4 tezisi (1-i xaricdə), Çinarə Rzayevanın 3 tezisi (1-i xaricdə), İdris Hüccətovun 1 tezisi (xaricdə) çap olunub.

Tarix və ədəbiyyat şöbəsi üzrə Sərraf Talıbovun 1 tezisi, Mehman Əliyevin 1 monoqrafiya, 4 məqaləsi (1-i xaricdə), Cəmil Quliyevin 1 tezis, 3 məqaləsi, Samir Kərimovun 2 məqaləsi (1-i xaricdə), 2 tezisi, Mayis Cəfərovun 1 dərs vəsaiti, 3 tezisi, Gözəl Əlizadənin 2 tezisi (1-i xaricdə), İltifat Əhmədovun 8 yazısı KİV və Akademiyanın mətbu orqanlarında dərc olunub.

Mərkəzin 2 əməkdaşı kiçik elmi işçi Nəzrin Əlizadə AMEA-nın Şərqşünaslıq İnstitutunda “Türk filologiyası” ixtisası üzrə fəlsəfə doktorluğuna, elmi katib Cəmil Quliyev isə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Vətən tarixi” ixtisası üzrə elmlər doktoru proqramına qəbul üçün sənədlərini təqdim etmişlər.

Elmi mərkəzin baş kitabxanaçısı Fəranə Mikayılova 26 fevral - 1 mart tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında regional elmi mərkəzlərin və elmi-tədqiqat institutlarının əməkdaşları üçün keçirilmiş ixtisasartırma təlimlərində iştirak etmişdir. O, həmçinin AMEA Gəncə Bölməsində Azərbaycan mütəfəkkiri Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş “Mirzə Şəfi Vazeh və dünya ədəbiyyatı” mövzusunda respublika elmi-nəzəri konfrasında iştirak etmiş, “Divani Hikmət” ədəbi məclisi mədəniyyətlərarası körpüdür adlı tezisi konfrans materiallarında çap olunmuşdur. Kitabların rəqəmsallaşdırılması istiqamətində Elektron kitabxanasının yaradılması üzrə işə başlanılıb və bu istiqamətdə iş davam etdirilir. Elmi kitabxananın kitab fondunda hazırda 1096 ədəd kitab vardır. 6 ay ərzində Akademiyanın müxtəlif müəssisələrindən 532 ədəd kitab hədiyyə edilmişdir.

23-24 may tarixlərində AMEA, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Həmin konfransda mərkəzin əməkdaşları da iştirak etmişlər.

İyunun 23-də Zoom proqramı vasitəsilə İstanbulda təşkil edilən elmi araşdırmaların tanınması və qiymətləndirilməsi üzrə beynalxalq elmi konfransda mərkəzin əməkdaşları Mehman Əliyev “Naxçıvan ədəbi mühitinə bir baxış”, Cəmil Quliyev isə “Prezident İlham Əliyevin dövründə azərbaycançılıq” adlı məqalə və tezislə çıxış etmişlər.

Məruzə ətrafında müzakirələrdə mərkəzin əməkdaşlarından Sevinc Hüseynova, Mayis Cəfərov, Samir Kərimov, Xalıqverdi Babayev, Aqil Həsənov, İsaq Məmmədov və Fəranə Mikayılova çıxış edərək görülən işlər barədə məlumat verib, mülahizələrini bölüşüb, təkliflər irəli sürüblər.

AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Lənkəran Regional Elmi Mərkəzinin 6 ay ərzində gördüyü işləri yüksək dəyərləndirərək qənaətbəxş hesab edib, gələcək fəaliyyətində kollektivə uğurlar arzulayıb.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: