Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.06.2024 09:45
  • A-
  • A
  • A+

Fizika İnstitutunda vebinar keçirilib

Fizika İnstitutunda vebinar keçirilib

Fizika İnstitutunda “Yeni məkan. Dünya müşahidələri və iqlim dəyişikliyinə baxış” mövzusunda vebinar təşkil olunub.

Tədbiri giriş sözü ilə institutun Elmi innovasiya və xarici əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. O, ilk olaraq mövzunun aktuallığından bəhs edib. Daha sonra məruzəçi Prof. Dr. Fuat İnce haqqında məlumat verib. Bildirib ki, F.İnce Kadıköy Anadolu Lisesi və Robert Kolej Yüksek Okulu (hazırki adı Boğaziçi Universiteti) “Elektrik/elektronik” mühəndisliyi ixtisasının məzunudur. O, professorun “Fullbright” proqramı ilə ABŞ-nin İllinois Universitetində elmi dərəcələr aldığını, Türkiyə, Səudiyyə Ərəbistan Krallığı, ABŞ və Avropanın bir sıra elmi tədqiqat mərkəzlərində həm pedaqoji fəaliyyətlə məşğul olduğunu, həm də elmi araşdırmalar apardığını vurğulayıb.

Daha sonra professor Fuat İncenin məruzəsi dinlənilib. Məruzədə yerin kosmosdan öyrənilməsi sahəsinə baxış edilib və müxtəlif təyinatlı peyk sistemləri haqqında ətraflı məlumat verilib. Müşahidə peyk sistemlərinin çağdaş dünyamızda iqlim dəyişmələri sahəsində tutduqları müstəsna yer ətraflı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: