Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.03.2022 17:20
  • A-
  • A
  • A+

Şərqşünas alimlər İraqda Füzuliyə həsr olunan konfransda iştirak ediblər

Şərqşünas alimlər İraqda Füzuliyə həsr olunan konfransda iştirak ediblər

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycan Respublikasının İraq Ərəb Respublikasındakı səfirliyi və İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində adlı beynəlxalq konfransda iştirak ediblər.

Konfransda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər BaxşəliyevaBöyük Azərbaycan şairi Füzuli Bağdadi yaradıcılığında məhəbbət konsepsiyası və qədim ərəb lirikası”, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü “Azərbaycanrəb ədəbi əlaqələri tarixində Füzuli Bağdadinin ərəb şeirlərinin əhəmiyyəti”, Din və ictimai fikir tarixi şöbəsinin əməkdaşı Elnur Mustafayev  Məhəmməd Füzulinin Hədiqətus-süəda divanı (Azərbaycan klassik nəsr janrının nümunəsi kimi) mövzusunda məruzə ediblər. İştirakçılar Məhəmməd Füzulinin yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq, onun həm ərəb-Azərbaycan ədəbi əlaqələri, həm də Azərbaycan ədəbiyyatındakı mövqeyini işıqlandırıblar.

Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan təmsilçilərinə sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: